Bakı küçələri dezinfeksiya edilir - FOTO 

Bakı küçələri dezinfeksiya edilir - FOTO 

Hazırda oxunan: Bakı küçələri dezinfeksiya edilir - FOTO 

0:00
0:00
38609

Koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması məqsədi ilə Bakıda genişmiqyaslı kompleks tədbirlər davam etdirilir. 

Bizim.Media xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bu barədə məlumt verilib. 

Bildirilib ki, bu gün səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə, prospekt və yollarda kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000 nəfər əməkdaşı cəlb edilməklə xüsusi kimyəvi maddələrlə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir. 

Gün ərzində mərkəzi küçələrlə yanaşı paytaxtın qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. 

Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq paytaxt sakinləri əvvəlcədən KİV-lər vasitəsi ilə xəbərdarlıq ediliblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO