Yaxşı çörək B vitamini mənbəyidir.
Bizim.Media xəbər verir ki, mütəxəssislərin rəyinə görə, yaxşı çörəkdə bağırsaqların işləməsi üçün vacib olan liflər var.
Kompleks karbohidratlar isə aclıq hiss etməməyimizə kömək edir, bununla bərabər şəkər istəyimizi azaldır.
Bu baxımdan da çörək seçərkən onun tərkibinə diqqət yetirmək vacibdir. İkinci dərəcəli və ya taxıl unundan bişmiş çörəyə üstünlük vermək məsləhət görülür.
İkinci dərəcəli unda səkkiz faiz kəpək var, ona görə də o birinci dərəcəli undan xeyirlidir. Mütəxəssislər qeyd edirlər ki, çörəkdə nə qədər çox protein varsa, o qədər yaxşıdır. Karbohidrat isə az olmalıdır - 100 qramda 40-50 qramdan çox olmamalıdır.
Saxlanma müddəti uzun olan və tərkibində konservant olan çörəklərdən imtina etmək lazımdır.
Mayasız, xama, zərdabla hazırlanan çörəklər almaq məsləhət görülür. Eləcə də mağazadan alınan çörəklərdənsə, evdə hazırlanmış çörəklər daha xeyirli hesab edilir.
Xatirə, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:16 / 24.09.2021
Hansı çörək orqanizmə xeyirlidir? - DİETOLOQ
Hazırda oxunan: Hansı çörək orqanizmə xeyirlidir? - DİETOLOQ
Hazırda oxunan: Hansı çörək orqanizmə xeyirlidir? - DİETOLOQ
38512
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.