Keçmiş daxili işlər nazirinin 9 milyon manat rüşvət aldığı ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT 

Keçmiş daxili işlər nazirinin 9 milyon manat rüşvət aldığı ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT 

Hazırda oxunan: Keçmiş daxili işlər nazirinin 9 milyon manat rüşvət aldığı ÜZƏ ÇIXDI - TƏFƏRRÜAT 

38474

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun aldığı rüşvətin məbləği məlum olub. 

Bizim.Media-nın məlumatına görə, məhkəmə istintaqında qeyd edilib ki, təqsirləndirilən şəxs vətəndaşlardan rüşvət şəklində 9 073 550 manat məbləğində pul alıb. 

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi (DİN) də iş üzrə zərərçəkmiş qismində tanınır. Keçmiş nazir DİN-ə 5 129 105 manat dəyərində maddi ziyan vurub. 

Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin hökmü ilə Ə.Əhmədov 11 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2021-ci il tarixdən hesablanıb. 

Hökmə əsasən, iş üzrə zərərçəkmiş Naxçıvan Muxtar Respublikası DİN-ə 5 129 105 manat dəyərində dəymiş maddi ziyan təqsirləndirilən şəxsdən alınaraq Naxçıvan Muxtar Respublikası DİN-ə ödənilməsi, Ə.Əhmədovun vətəndaşlardan rüşvət şəklində aldığı 9 073 550 manat məbləğində pul müsadirə edilərək dövlət nəfinə alınması təmin edilib. 

Hökmdən narazı qalan məhkum Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinə müraciət edib. Məhkəmə onun şikayətini təmin etməyib. 

Qeyd edək ki, Ə.Əhmədov 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsində çalışıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO