Bakıda elektrovoz velosipedçini vuraraq öldürüb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Velosipedçini vuran sürücü qaçdı
Bildirilib ki, sentyabrın 22-i saat 20 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindəki qorunan keçiddə Biləcəri lokomotiv deposuna məxsus elektrovoz velosiped sürən Cəlilabad rayon sakini Hüseyn Quluzadəni vurub və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bizim.Media