Bakı Şəhər İcra Hakimiyyətinə məxsus avtomobildən nə oğurlanıb? – DİN AÇIQLADI 

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus avtomobildən nə oğurlanıb? – DİN AÇIQLADI 

Hazırda oxunan: Bakı Şəhər İcra Hakimiyyətinə məxsus avtomobildən nə oğurlanıb? – DİN AÇIQLADI 

38328

Bakıda avtomobildə oğurluq olub.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 21-də Bakı Şəhər İcra Hakimiyyətinin Kommunal Xidmətlər Müəssisəsinə məxsus “İveco” markalı avtomobildən 2187 manat dəyərində akkumulyator və 5 ədəd təkər oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO