Deputat saxta COVİD pasportu alanları müharibədən qaçanlarla eyniləşdirdi – TƏFƏRRÜATLAR

Deputat saxta COVİD pasportu alanları müharibədən qaçanlarla eyniləşdirdi – TƏFƏRRÜATLAR

Hazırda oxunan: Deputat saxta COVİD pasportu alanları müharibədən qaçanlarla eyniləşdirdi – TƏFƏRRÜATLAR

38185

Milli Məclisin deputatı Razi Nurullayev vaksinasiya prosesinə dəstəyi ilə seçilən siyasətçilər arasındadır.

Bizim.Media xəbər verir ki, millət vəkili məsələ ilə bağlı özünün “Facebook” hesabından maraqlı status paylaşıb.
 

MÖVZU İLƏ BAĞLI:

Saxta peyvənd pasportu olanlar aeroportda tutulacaq – Yeni sistem TƏTBİQ OLUNDU


Belə ki, deputat saxta vaksin sertifikatı alanları Birinci Qarabağ müharibəsindən qaçan insanlarla müqayisə edib:

“Birinci Qarabağ müharibəsində övladını gizləyib müharibəyə göndərməyənə yaxşı baxırdılar və deyirdilər ki, ağıllı və fərasətli adamdır. İkinci Qarabağ müharibəsində isə bu tip insanlara nifrətlə baxırdılar və müharibədən yayınanlar və yaxud çağırılmayanlar özlərini pis hiss edir, adam içinə çıxmırdılar. Utanırdılar. Saxta Covid-19 pasportları ilə də eyni hadisə baş verməlidir. Saxta passport almaq həm özünü, həm onu verən həkimi, həm də ətrafdakıları təhlükəyə atmaqdır”.

Razi Nurullayev saxta COVİD pasportu almağın təhlükələrindən də söz açıb:
 

“Saxta Covid pasportu alanlara və almaq istəyənlərə bir xatırlatma: Allah eləməsin, birdən xəstələnsəniz və Allah eləməsin birdən xəstəxanaya yerləşdirilsəniz, valideynləriniz, qohumlarınız qorxu və həyacandan etiraf etməli olacaqlar ki, peyvənd pasportu saxta olub.


Bunu ona görə edəcəklər ki, müalicə düzgün aparılsın. Bu zaman nə baş verəcək? Xəstəxana, həkim müəyyən edilib həbs ediləcək və nəticədə onlarla insan da aşkara çıxarılıb məsuliyyətə cəlb ediləcək. Bu bütöv bir riskdir. Neçə ailə, insan stres yaşayacaq. Onun üçün də sınaqdan çıxmış bir deyimə əməl edin: ən böyük biclik düzlükdür. Zaman gəlib ki, saxta Kovid pasport alanlara da fərasətli adam kimi baxmayaq, onlara elə yanaşaq ki, qoy məsuliyyət və qorxu hiss etsinlər. Gələcəkdə, Allah eləməsin başlarına gələ biləcək fəlakətlərdən dolayı”.

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO