Bakıda yol qəzası: ana və 4 yaşlı övladı xəsarət aldı

Bakıda yol qəzası: ana və 4 yaşlı övladı xəsarət aldı

Hazırda oxunan: Bakıda yol qəzası: ana və 4 yaşlı övladı xəsarət aldı

38093

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Həsən Əliyev prospektində hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində sərnişinlər - Dəmirova Cəmalə Mürşüd qızı və onun azyaşlı övladı, 2017-ci il təvəllüdlü Dəmirov Hüseyin Fərid oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı hər iki yaralıya qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO