Yeni tədris ili başladı - REPORTAJ

Yeni tədris ili başladı - REPORTAJ

Hazırda oxunan: Yeni tədris ili başladı - REPORTAJ

38092

Bu gündən Azərbaycanda yeni tədris ili başlayır.

Bizim.Media xəbər verir ki, sentyabrın 22-dən ümumi təhsil müəssisələrinin ibtidai (I-IV) siniflərində ənənəvi formada yeni dərs ili başlayır.

Builki tədris ilini müəllim və şagirdlər qalib xalqın qalib övladları kimi qarşılayır. Təhsil müəssisələrində ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

2021-2022-ci tədris ilində respublikanın məktəblərində ümumilikdə 1 milyon 589 min 829 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Ümumtəhsil məktəblərinin I sinfində 158 min 608, IX sinfində 132 min 881, XI sinfində isə 91min 538 şagird təhsil alacaq. Respublika üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 117 min 176 şagirdin təhsilə cəlb olunacağı gözlənilir.

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən məktəblərdə 471 min 661 şagird təhsil alacaq.

Bu məktəblərin I sinfində 49 min 171, IX sinfində 36 min 199, X sinfində 27 min 016, XI sinfində 23 min 707, XII sinfində 176 şagirdin təhsil alacağı proqnozlaşdırılır. Bakıdakı 276 ümumi təhsil müəssisəsində 25 min 189 beşyaşlının məktəbəhazırlığa cəlb olunacağı gözlənilir. BŞTİ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 28 min 467 müəllim çalışır.

Hazırda respublikada 309 ibtidai məktəb, 3333 tam orta məktəb, 775 ümumi orta məktəb, 13 xüsusi tipli ümumi orta məktəb və 5 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 64 məktəb-lisey, 54 lisey, 15 gimnaziya və 16 inteqrasiya təlimli internat tipli gimnaziya, 1 inteqrasiya təlimli internat məktəbi olmaqla, ümumilikdə 4435 məktəb var. BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi tipli ümumi orta məktəb, 5 əyani-qiyabi axşam məktəbi və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi olmaqla, cəmi 323 təhsil müəssisəsi fəaliyyət göstərir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO