Şəki Penitensiar Müəssisəsində çatışmazlıqlar AŞKARLANDI - FOTO

Şəki Penitensiar Müəssisəsində çatışmazlıqlar AŞKARLANDI - FOTO

Hazırda oxunan: Şəki Penitensiar Müəssisəsində çatışmazlıqlar AŞKARLANDI - FOTO

37850

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Şəki Penitensiar Müəssisəsində əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Ombudsman Aparatından məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə məhbus intihara cəhd etdi 


Başçəkmə zamanı İstintaq Təcridxanasında sıxlığın olduğu, həbs edilən yetkinlik yaşına çatmayan şəxsin yetkinlik yaşına çatmış şəxslə bir kamerada saxlanıldığı, İstintaq və Cərimə Təcridxanalarında yataq ləvazimatlarının çirkli və bir hissəsinin yarasız vəziyyətdə olduğu, Tibbi Sanitar Hissədə həkim çatışmazlığı müəyyən edilib.

Yekunda Penitensiar Müəssisənin rəhbərliyi ilə hüquqi maarifləndirici söhbətlər aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO