Qanunsuz meşə materiallarının daşıyanlar AŞKARLANDI

Qanunsuz meşə materiallarının daşıyanlar AŞKARLANDI

Hazırda oxunan: Qanunsuz meşə materiallarının daşıyanlar AŞKARLANDI

37844

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Lənkəran rayonu ərazisində keçirilən nəzarət tədbirləri zamanı “Qazel” və “Mercedes-Benz” markalı avtomobillər vasitəsilə qanunsuz meşə materiallarının daşındığı müəyyən olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, avtomobillərin yük yerinə keçirilən baxış zamanı 5,58 m3 həcmində meşə materialı aşkar edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Antalyada meşəni yandıran şəxs görün polisə nə dedi?


“Araşdırma zamanı qanunsuz yolla əldə edilmiş meşə materiallarının rayon sakinləri Cavid Səfərov və Nurəddin Məmmədov tərəfindən daşındığı və təbiətə ümumilikdə 2293 manat məbləğində ziyan dəydiyi məlum olub”.

B.Məhəmmədov onu da qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Lənkəran Rayon Prokurorluğuna göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO