Şuşa fatehi şəhid Fariz Rəhimovun 20 yaşı tamam oldu - FOTO

Şuşa fatehi şəhid Fariz Rəhimovun 20 yaşı tamam oldu - FOTO

Hazırda oxunan: Şuşa fatehi şəhid Fariz Rəhimovun 20 yaşı tamam oldu - FOTO

37787

Bu gün Vətən Müharibəsi şəhidi Fariz Zahir oğlu Rəhimovun 20 yaşı tamam olur. 

Bizim.Media xəbər verir ki, şəhidin onsuz keçən ilk doğum günü doğulduğu Qəbələ rayonunun Əmirvan kənd qəbristanlığında qeyd olunub.

Məzarı başına yığılan doğmaları, ailə üzvləri və kənd sakinləri şəhidin qəbrini ziyarət edib, məzarı önünə gül dəstələri qoyublar. 

Anım mərasimində Farizin Vətən Müharibəsində pulemyotçu-kəşfiyyatçı əsgər kimi  göstərdiyi şücaətlərindən  ətraflı danışılıb. 

Ailə yaxınlarının Bizim.Media-ya verdiyi məlumata görə, Fariz Rəhimov Vətən Müharibəsi başlayanda kəşfiyyatçı əsgər kimi cəbhəyə yollanıb.

O, Fizuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Xocavənd uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Zabit və MAXE-lərdən ibarət  kəşfiyyat qrupunda vuruşan Fariz 2020-ci il noyabr ayının 7-də Şuşa uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Noyabrın 11-də doğulduğu Qəbələnin Əmirvan kənd məzarlığında torpağa tapşırılıb.

Qohumu Rəşad Seyidov danışır ki, şəhid əsgər Fariz Rəhimov atası Zahir Rəhimovla danışarkən tezliklə ya şəhid, ya da general kimi evə qayıdacağını deyib.
 

Fariz Rəhimov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə, "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.  


Xatırladaq ki, Fariz Rəhimov  iki bacının yeganə qardaşı idi.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO