Keçidlərdə piyadalara yol verməyən sürücülər CƏRİMƏLƏNDİ

Keçidlərdə piyadalara yol verməyən sürücülər CƏRİMƏLƏNDİ

Hazırda oxunan: Keçidlərdə piyadalara yol verməyən sürücülər CƏRİMƏLƏNDİ

37640

Yol hərəkətinin təhlükəsizliyinin təmini, xüsusilə də yollarda piyadaların həyat və sağlamlığının qorunması, o cümlədən piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədi ilə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsi tərəfindən tədbirlər davam etdirilir.

Bizim.Media xəbər verir ki, bu istiqamətdə təşkil olunan növbəti tədbirlər zamanı mövcud piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılaraq onlarla maarifləndirici söhbətlər aparılıb.

Həmçinin, keçidlərdə piyadalara yol verməyən sürücülər də polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində qanunamüvafiq tədbirlər görülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Yol polisi Samuxda reyd keçirdi - FOTO


Dövlət yol polisi əməkdaşları tərəfindən eyni zamanda ixrac etdiyi qazların tərkibindəki zərərli maddələrin tərkibi normalara uyğun gəlməyən nəqliyyat vasitələri ilə bağlı tədbirlər keçirilir.

Həmin avtomobillərin sürücülərinə bir daha izah olunub ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitəsinin istismarına yol verməlidirlər.

Müəyyən olunmuş standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati protokollar tərtib edilib.

Eyni zamanda aşkarlanan digər qayda pozuntuları ilə bağlı qanunamüvafiq tədbirlər görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO