Yaşlı kişilərin cavan qadınlara olan SEVGİSİ – Psixoloqdan AÇIQLAMA 

Yaşlı kişilərin cavan qadınlara olan SEVGİSİ – Psixoloqdan AÇIQLAMA 

Hazırda oxunan: Yaşlı kişilərin cavan qadınlara olan SEVGİSİ – Psixoloqdan AÇIQLAMA 

37571

Əsirlər boyu cavan qadınlar yaşlı kişilərin maraq dairəsində olub. Kişilər yaşlandıqca, cavan nəslin incə nümayəndələrinə maraqları artır, onlarla münasibət qurmağa can atırlar. Bəzən isə bu hətta 30-40 il ömrü olan ailələri dağıdır, boşanmalara səbəb olur.  

Hələ qədim zamanlardan padşahların hərəmxanalarının sevimli üzvləri gənc xanımlar olub. Bununla yaşlı hökmdarlar ətraflarına hər zaman istəkli olduqlarını sübuta yetirməyə çalışıblar. Hətta o zamanlar hökmdarlar kimin hərəmxanasında daha gözəl, daha gənc xanımların olması ilə yarışa belə çıxırdılar. Padşahlara isə əyanlarının ən qiymətli hədiyyəsi gözəl, gənc hərəmlər olub. 

Psixoloqların fikrincə, yaşlanmağa başlayan kişilərdə bu mütəmadi olaraq rast gəlinən bir haldır. 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan psixoloq Cahan Əliyeva bildirirb ki, bu əsasən kişilərin yaşa dolduqca özünə inamsızlığından əmələ gəlir. 

“Bu kişilərə elə gəlir ki, vaxtilə onlara olan maraq, yaşa dolduqca itməyə başlayır. Bu zaman onlar başlayırlar özlərini kiminsə gözündə sübuta yetirməyə. Beləliklə, kişilər cavan qızlara meyl göstərməyə başlayırlar. Onlara elə gəlir ki, bu üsulla onlar eqolarını bəsləməyə başlayırlar”. 

Psixoloq həmçinin bu çatışmazlığın yaşlanan kişilərin seksual aktivliyinin itdiyi ilə bağlı olduğunu da bildirib.

Onun sözlərinə görə bununla kişilər öz yataq uğursuzluqlarını ört-basdır etməyə çalışırlar. 

“Burada digər, ən başlıca səbəb kişilərdə yaşları ötdükcə seksual aktivliyini itirmələri səbəb olur. Bunu həzm edə bilməyən kişilər bütün vasitələrlə cavan qızları ələ almağa başlayırlar. Onlar hətta bunun üçün külli miqdarda vəsait xərcləməkdən də çəkinmirlər. Kimi ev, maşın almaqla cavan qızların “sevimli” kişisinə çevrilirlər. Bəzən hətta ailəsinə xərcləmədikləri vəsaitləri zərif nəslin nümayəndələrin ayaqları altına səpməyə hazır olurlar”. 

C. Əliyeva həmçinin vurğulayıb ki, özünə yeni sevgili tapan bu kişilər ailədə aqressivlik göstərməyə də başlayırlar. 

“Bu zaman kişilər, sanki özünün cavan, evdə həyat yoldaşının isə yaşlı olmasından əsəbləşib, hərəkətlərində aqressiyaya da yol verməyə başlayırlar. Cavan sevgilisinin hesabına “gəncləşən” kişilərə elə gəlir ki, zamanı geri qaytarıb, yenidən 25-35 yaşlı kişiyə çevriliblər. Bu zaman kişilər xarici görünüşlərinə daha çox fikir verməyə başlayırlar və cavan kişilərə xas olan geyim tərzinə keçirlər. Hətta paraktikama əsaslanaraq həmin kişilərin bu “məharətlərini” gəlib evdə həyat yoldaşına qəsdən danışa bildiklərini də deyə bilərəm”. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO