Ağdamda elmi-praktik konfrans KEÇİRİLİR - FOTO 

Ağdamda elmi-praktik konfrans KEÇİRİLİR - FOTO 

Hazırda oxunan: Ağdamda elmi-praktik konfrans KEÇİRİLİR - FOTO 

37359

Ötən gün Ağdamda “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda I Beynəlxalq elmi-praktik konfrans işə başlayıb. 

Bizim.Media-nın məlumatına görə, konfrans Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib. 

Bu barədə “Facebook” hesabında paylaşım edən Qarabağ Dirçəliş Fondunun idarə heyətinin sədri Rəhman Hacıyev tədbirin əhəmiyyətindən danışıb: 

"Fikrimcə, bu çox mühüm hadisədir. Dayanıqlı inkişaf və iqtisadiyyat elmi bünövrəsiz mümkün deyil. Bu isə o deməkdir ki, alimlərimiz Qarabağın dirçəlişində fəal iştirak etməlidirlər. İnanıram ki, bu konfrans ənənəvi tədbirə və elm icması ilə dövlət qurumlarını birləşdirən bir platformaya çevriləcək". 

Rəhman Hacıyev Qarabağ Dirçəliş Fondunun belə təşəbbüsləri dəstəkləməyə hər zaman hazır olduğunu bildirib. 

Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO