Səyavuş Aslanın oğlu yenidən sığınacağa aparıldı - ÖZƏL

Səyavuş Aslanın oğlu yenidən sığınacağa aparıldı - ÖZƏL

Hazırda oxunan: Səyavuş Aslanın oğlu yenidən sığınacağa aparıldı - ÖZƏL

37269

Sosial Xidmətlər Agentliyi Xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovu yenidən Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirib.

Bizim.Media-ya bu barədə agentliyin mətbuat xidmətinin rəhbəri Murad Haşımov bildirib.

O, qeyd edib ki, Çingiz Aslanovla aparılan söhbətlərdən sonra təkrar sığınacağa yerləşdirilməsinə razılıq verib. Hazırda prosedur qaydalarına uyğun olaraq işlər aparılır.
 

MÖVZU İIƏ BAĞLI:

Səyavuş Aslanın oğlu sığınacağı özü tərk edib - FOTO 


​​​​​​​Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Çingiz Aslanovun küçədə gecələməsi haqqında xəbərlər yayılmışdı.

Məsələ ilə bağlı Sosial Xidmətlər Agentliyindən bildirilib ki, birinci yerləşdirmədən sonra Xalq artistinin oğlu özü öz istəyi ilə sığınacağı tərk edib.

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO