Sentyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-23° isti, gündüz 25-27° isti, Bakıda gecə 21-23° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 %olacaq.
Tibbi-meteoroloji proqnoza gəlincə, sentyabrın 16-sı axşamdan 17-si gündüzədək Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.
Səhər bəzi yerlərdə duman. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 27-32° isti, dağlarda gecə 8-13° isti, gündüz 14-17° isti olacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:03 / 16.09.2021
Sabahın hava proqnozu AÇIQLANDI
Hazırda oxunan: Sabahın hava proqnozu AÇIQLANDI
Hazırda oxunan: Sabahın hava proqnozu AÇIQLANDI
37232
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.