Elçin Quliyev Xəzərdə döyüş hazırlığının yüksəldilməsi ilə bağlı tapşırıq verdi

Elçin Quliyev Xəzərdə döyüş hazırlığının yüksəldilməsi ilə bağlı tapşırıq verdi

Hazırda oxunan: Elçin Quliyev Xəzərdə döyüş hazırlığının yüksəldilməsi ilə bağlı tapşırıq verdi

37229

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Xəzər dənizində döyüş hazırlığının yüksəldilməsi ilə bağlı tapşırıq verib. 

Bu barədə Bizim.Media-ya DSX-nin Mətbuat Mərkəzindən bildirilib. 

DSX rəisi təlimlərin uğurlu yekunu və yüksək nəticələr münasibətilə şəxsi heyəti təbrik edib. 

E. Quliyev Xəzər dənizində dövlət sərhədinin etibarlı mühafizəsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, neft-qaz hasilatı və daşınması infrastrukturunun təhlükə¬sizliyinin təmin edilməsinin Xidmətin əsas vəzifələrindən olduğunu vurğulayıb, dənizdə sərhəd mühafizə imkanlarının təkmilləşdirilməsi və şəxsi heyətin peşəkarlığının artırılması üzrə tapşırıqlar verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistanla sərhəddə hərbi hissə fəaliyyətə başladı - FOTO


Qeyd edək ki, sentyabr ayının 13-dən 15-dək “Xəzər dənizində Azərbaycan Respublikasının dəniz infrastrukturuna yönəlmiş terror-təxribat aktlarının qarşısının alınması zamanı DSX-nin bölmələri tərəfindən axtarış əməliyyatları keçirilməklə təxribat qruplarının zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması” mövzusunda taktiki təlim keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO