Səyavuş Aslanın oğlu sığınacağı özü tərk edib - FOTO 

Səyavuş Aslanın oğlu sığınacağı özü tərk edib - FOTO 

Hazırda oxunan: Səyavuş Aslanın oğlu sığınacağı özü tərk edib - FOTO 

37227

Sosial Xidmətlər Agentliyi sosial şəbəkələrdə və xəbər saytlarında mərhum aktyor, xalq artisti Səyavuş Aslanın oğlu Çingiz Aslanovla bağlı məlumat yayılan məlumatlara münasibət bildirib. 

Bizim.Media-nın xəbərinə görə, agentliyin mətbuat xidmətinin rəhbəri Murad Həşimov feysbuk hesabında qeyd edib ki, sosial şəbəkələrdə və xəbər saytlarında Çingiz Aslanovun küçədə qalması, çətin həyat şəraiti ilə üzləşdiyi bildirilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Xalq artistinin oğlu küçədə yaşayır - VİDEO


"Məlumat vermək istəyirəm ki, Çingiz Aslanov daha əvvəl Həssas əhali qruplarından olan şəxslər üçün sığınacaq və sosial reabilitasiya müəssisəsində olub.

Orada yaşayış üçün zəruri xidmətlərlə əhatələnib. Lakin şəxsi seçimləri səbəbindən öz istəyi ilə sığınacağı tərk edib. 

Onun küçədə gecələməməsi, sığınacağa yenidən cəlbi üçün əməkdaşlarımıza təlimat verilib. Çingiz Aslanovun özünün də razılığı olarsa yenidən müəssisəyə cəlbini həyata keçirməyə hazırıq”. 

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO