Azərbaycanın Ombudsmanı Səbinə Əliyevanın dəvəti ilə Azərbaycanda səfərdə olan İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun rəhbərlik etdiyi nümayəndə heyəti Şuşaya yola düşüb.
Bizim.Media-nın xəbərinə görə, səfər çərçivəsində qonaqlar Şuşada faktaraşdırıcı missiya həyata keçirəcəklər.
MÖVZU İLƏ BAĞLI:
İƏT Gənc İş Adamlarının 7-ci Kazan Forumu keçirildi - FOTO
Nümayəndə heyəti işğaldan azad olunmuş ərazilərdə faktaraşdırıcı missiya həyata keçirəndən sonra bəyanat qəbul edəcək.
Qeyd edək ki, İƏT və Pakistan Ombudsman nümayəndə heyətlərinin Azərbaycan səfəri sentyabrın 19-dək davam edəcək. Səfər çərçivəsində bir sıra rəsmi görüşlərin keçirilməsi nəzərdə tutulub.
Bizim.Media