Qarabağda müvəqqəti yerləşən rus sülhməramlıları 27 müşahidə məntəqəsində mümkün qanun pozuntularının qarşısını almaq və təhlükəsizliyi təmin etmək üçün hərtərəfli təlim keçib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Planlaşdırılan döyüş təlimi zamanı şəxsi heyət “təxribatların” qarşısını alıb, müşahidə məntəqəsinə ediləcək hücumu dəf etmək üçün tədbirlər hazırlayıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiya hərbçilərini Qarabağdan necə çıxaracağıq? – MÜMKÜN VARİANTLAR
Siqnal aldıqdan sonra, sülhməramlılar dislokasiya yerlərini tərk edərək ən qısa müddətdə hərəkətə keçiblər və əvvəlcədən təchiz olunmuş mövqelərdə müdafiə mövqelərini tutublar.
Postun müdafiəsini gücləndirmək üçün BTR-82A zirehli personal növbətçi hissələrə cəlb edilib.
Xatırladaq ki, Rusiya sülhməramlı kontingentinin bütün müşahidə məntəqələrində yerləşən hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorunmaq, habelə ətraf ərazini hərtərəfli müşahidə etmək üçün nəzərdə tutulmuş "Checkpoint" istehkamları ilə təchiz edilib.
Bizim.Media