“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasının başqanı İsa Qəmbərlə görüşüb. Musavat.com-un məlumatına görə, bu barədə Rauf Arifoğlu Facebook-da yazıb. Baş redaktorun sözlərinə görə, İsa Qəmbərə prezidentin redaktorlarla görüşü barədə məlumat verib: “Ciddi fikir mübadiləsi apardıq”.
Müsavat Partiyasının başqanı İsa Qəmbər Musavat.com-a açıqlamasında deyib ki, Rauf Arifoğlu ilə fikir mübadiləsi aparıblar, baş redaktor dünənki görüşlə bağlı başqana ətraflı məlumat verib. “Hesab edirəm ki, Rauf Arifoğlu indiki şəraitdə öz qəzetini, media strukturlarını, o cümlədən, ölkə mediasını müdafiə etmək, qəzetlərin yayımı ilə bağlı problemi aradan qaldırmaq istəyən adamın atmalı olduğu addımı atıb. Hakimiyyətin nə qədər səmimi olduğunu isə sonrakı proseslərdə görəcəyik”, - İsa Qəmbər Musavat.com-a açıqlamasında bildirib.




































































































