Paytaxtın Yasamal rayonunda insan skeletinin qalıqları tapılıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Baş Prokurorluğun Mətbuat xidmətinin əməkdaşı Kənan Zeynalov yayıb.
MÖVZU İLƏ BAĞLI:
Gənc qızın meyiti tapıldı - TƏFƏRRÜAT
Mənbə bildirir ki, Bakıda kənar dairəvi yolun sağ kənarında yerləşən təpəliyin təxminən yerdən 8 metr hündürlüyündə olan torpaq qatının arasında 3 ədəd insanın kəllə sümüyünə bənzər qalıqlar aşkar edilib.
İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib.
Bizim.Media