Bakıda rus sektorlarının bağlanması ÇAĞIRIŞINA məşhurlardan CAVAB 

Bakıda rus sektorlarının bağlanması ÇAĞIRIŞINA məşhurlardan CAVAB 

Hazırda oxunan: Bakıda rus sektorlarının bağlanması ÇAĞIRIŞINA məşhurlardan CAVAB 

37102

“Artıq bir çox MDB ölkələri, o cümlədən Ukrayna, Ermənistan, Gürcüstan,  Mərkəzi Asiya ölkələri rus dilində təhsildən imtina ediblər. Azərbaycanda da bu addım atılmalıdır. Rus dili ümumilikdə kadr hazırlanmasında hər hansı bir üstünlük təşkil etmir”.

Bu fikirlərlə təhsil eksperti Kamran Əsədov çıxış edib. 

Statistikaya görə 2021-2022-ci tədris ilində birinci sinfə təkcə 15 min nəfərdən çox şagird rus bölməsinə gedəcək. Qeyd edək ki, rus bölməsində təhsil almaq üçün 30.000 min şagird müraciət edib.  
 

MÖVZU İLƏ BAĞLI:

Övladını rus bölməsinə qoyan valideynlərin NƏZƏRİNƏ! 


Məsələnin aktuallığını nəzərə alaraq, bununla bağlı cəmiyyətdə hər zaman Azərbaycanı xarici ölkələrdə layiqli təmsil edən, orta məktəbdə rus dilində təhsil alan bir neçə nümayəndəsinin fikirlərini öyrənməyə çalışdıq.

“Bakılı oğlanlar” komandasının üzvü, əməkdar artist Bəhram Bağırzadə Bizim.Media-ya açıqlamasında bu təşəbbüslə çıxış edənlərə ismarıc yollayıb:

“Hazırda rus dilində təhsilin ləğvinə çalışan insanlara demək istəyirəm ki, birinci növbədə gedib dünya ədəbiyyatını, elmi, texniki kitabları Azərbaycan dilinə çevirsinlər, ondan sonra rus dilini ləğv etsinlər. İndi əgər onlar əlimizin altında yoxdursa, onu necə ləğv etmək olar?
 

Biz bildikdən sonra ki, bizdə bütün lazimi ədəbiyyat var, o zaman rus bölmələrini bağlasınlar, mən də iki əlli buna qol qaldırım.


Ancaq bunu birdən etmək olmaz. Buna hazırlaşmaq lazımdır. Necə ki, biz 44 günlük müharibəyə 25 il hazırlaşdıq, qalib olduq. Bu da belə təşkil olunmalıdır”.

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Etibar Əliyev isə müsahibələrinin birində bildirib ki,  bu məsələdə kiməsə hər hansı maneə yaradılması, qadağanın qoyulması məsələsi gündəm mövzusu olmamalıdır.

“Hər kəsin təhsil almaq hüququ var və valideynlər də övadları üçün könüllü şəkildə təhsil dili seçirlər. Tarixən Azərbaycanda rus məktəbləri və onların da tanınmış yetirmələri olub, indinin özündə də var. Bu mövzu gündəm məsələsinə çevrilməməlidir.
 

Ona qalsa, hazırda ingilis dilində uşaq bağçaları da fəaliyyət göstərir. Bu uşaqların gələcəkdə istər millilik baxımından, istərsə də adət-ənənələrimizi qorumağı baxımından necə vətəndaş kimi yetişməsini hər kəs proqnozlaşdıra bilər”.


Məsələ ilə bağlı şairə, prodüser Zəhra Bədəlbəyli Bizim.Media-ya açıqlamasında qeyd edib ki, bu mövzu hazırda müzakirə predmeti olmamalıdır.

Bu mövzunun müzakirəsinin ayıracaq zamanı istifadə edib azərbaycan dilli siniflərdə təhsili daha da möhkəmləndirməliyik.

“Mən özüm rusdilliyəm, rus dilində düşünürəm, rus dilində yazıram, ancaq Azərbaycan dilini çox sevirəm. Hazırda onu dərindən öyrənməklə məşğulam. Ancaq bu mənim müəyyən problemlərlə üzləşməyimə səbəb olub, çünki Azərbaycan bölməsini bitirən və dili mükəmməl bilən çox az sayda insan var.
 

Hazırda Azərbaycan dilində danışan insanlar leksikonlarında daha çox türk dilində olan sözlərə rast gəlmək olur. Biz artıq Azərbaycan dilini unuduruq, rus dilinin burada bir rolu yoxdur”. 


Z. Bədəlbəyli onu da qeyd edib ki, son zamanlar rus dili çox siyasiləşdirilir. Onu fikrincə bu çox yanlış addımdır.

“Məsələn rus dilini bilən insan Tolstoy, Dostayevskini öz original dilində oxuya bilər. Niyə biz bunu ləğv etməliyik?

Ümumiyyətlə, dili siyasətlə qarışdırmaq olmaz.

Bu məsələ siyasiləşdirilməməlidir. İnsan nə qədər çox dil bilsə, bir o qədər onun xeyrinə işləyəcək. Çünki bir mətbuatda tapa bilmədiyin bir informasiyanı sənin xarici KİV-də tapmaq şansın olur. Bir də onu da deyim ki, rus dilində danışmaq vətəni sevməyə mane olmur. Mən rus dilli bölmələrin bağlanmasının əleyhinəyəm”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO