Bakıda baş həkimin nə qədər rüşvət aldığı MƏLUM OLDU 

Bakıda baş həkimin nə qədər rüşvət aldığı MƏLUM OLDU 

Hazırda oxunan: Bakıda baş həkimin nə qədər rüşvət aldığı MƏLUM OLDU 

37064

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi İmran Ağayevin aldığı rüşvətin məbləği məlum olub. 

Bizim.Media-nın xəbərinə görə, istintaq zamanı İmran Ağayevin müəssisənin vəzifəli şəxsləri olan Rüfət Vəlizadə, Taleh İmanlı və Qulu Orucov ilə əlbir olaraq 6 nəfər şəxsdən ümumilikdə 10 min 500 manat pul vəsaitini alması müəyyən edilib. 

Həmçinin, onun yeni əmək müqaviləsinin bağlanması üçün hospitalın ayrı-ayrı əməkdaşlarından 5 min manat məbləğində pul vəsaitini rüşvət istədiyi üzə çıxıb. 

COVID-19 pandemiyasından əziyyət çəkən 140 nəfər xəstənin özünün təsisçisi və direktoru olduğu “Medi Style” MMC-nə məxsus Təcili Tibbi Yardım avtomobilləri ilə Modul Tipli Hospitala aparılması müqabilində vətəndaşlardan ümumilikdə 51 min 600 manat məbləğdə pul vəsaitini almasına əsaslı şübhələr müəyyən edilib. 
 

İ. Ağayevin müxtəlif tarixlərdə verdiyi COVID-19 test nəticəsi pozitiv çıxmış Rüfət Vəlizadənin (müəssisənin vəzifəli şəxsi) sərbəst hərəkətinə şərait yaradaraq karantin qaydalarını pozub. 


Toplanan sübutlar əsasında yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO