Onlayn platformalar istehlakçı hüququnu pozur – QANUN nə deyir?

Onlayn platformalar istehlakçı hüququnu pozur – QANUN nə deyir?

Hazırda oxunan: Onlayn platformalar istehlakçı hüququnu pozur – QANUN nə deyir?

36917

Elektron alış-veriş platformalarında məhsullar, onların qiymətləri cəlbedici görünür. Sifariş veririk, məhsulu əldə etdiyimiz zaman isə peşman oluruq.

Məsələn, geyim və ayaqqabıların ölçüsü uyğun olmur, məişət avadanlıqlarının parametrləri xoşumuza gəlmir.

Xüsusilə ölçümüzə uyğun olmayan geyimlər aldığımız zaman bu əsl israfçılığa çevirilir. Onları nə qaytara, nə də dəyişdirə bilirik.
 

Yerli onlayn platformalarda belə satılan məhsulların dəyişdirilmədiyi və qaytarılmadığı haqda elanların yerləşdirilməsi bizi çıxılmaz vəziyyətə salır.


Maraqlıdır, Azərbaycanda istehlakçıların hüquqlarını qoruyan qanunlar elektron ticarətə şamil edilirmi?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bizim.Media-ya açıqlamasında bildirdi ki, “Elektron ticarət haqqında” qanun istehlakçılara onların təlabatını ödəməyən məhsulları dəyişmək və qaytarmaq hüququ verir: 

“Amma burada cəmi 5 gün vaxt nəzərdə tutulur – biz bununla razı deyilik, hesab edirik ki, vaxt uzadılmalıdır. Ümumiyyətlə istehlakçıların hüquqlarını qoruyan qanunların yenilənməsinə ehtiyac var”.
 

MÖVZU İLƏ BAĞLI:

Ərzaq təhlükəsizliyi qaydaları sərtləşdirilir – Hansı CƏZALAR OLACAQ? 


Birlik rəhbəri son vaxtlar onlayn ticarətlə bağlı şikayətlərin artdığını dedi: 

“İstehlakçılara tövsiyyə edirəm ki, xüsusilə mürəkkəb texniki cihazları, o cümlədən telefonları onlayn formada almasınlar. Bu sahədə ölkədə ciddi problem yaşanır”.

Eyyub Hüseynov problemlə üzləşən istehlakçıların İqtisadiyyat Nazirliyinə müraciət etmələrini də tövsiyyə etdi.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO