Nigar Arpadarai: “Azərbaycanda COVİD pasportunun tətbiqinə ehtiyac varmı?”

Nigar Arpadarai: “Azərbaycanda COVİD pasportunun tətbiqinə ehtiyac varmı?”

Hazırda oxunan: Nigar Arpadarai: “Azərbaycanda COVİD pasportunun tətbiqinə ehtiyac varmı?”

36823

“Son bir il yarım ərzində Azərbaycanda xəstəxanalara, avadanlıqlara, dərmanlara böyük vəsait ayırıb. Peyvəndləməyə də erkən başlanılıb. Bunlar təqdirəlayiqdir! Amma indiki mərhələdə bir sual yaranır: COVİD pasportunun tətbiqinə ehtiyac varmı? Azərbaycanda hal-hazırki məhdudiyyətlər epidemioloji, iqtisadi və hüquqi baxımdan məqsədəuyğundurmu?!”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində Milli Məclisin deputatı Nigar Arpadarai yazıb.

Onun sözlərinə görə, COVID virusunu öncə keçirmiş, antikor olan insanlardan peyvəndi təsdiq edən sənəd (COVID pasportu) tələb edilməlidirmi?  

Axı bu insanlarda yenidən yoluxma ehtimalı demək olar ki, sıfıra yaxındır (bunu beynəlxalq araşdırmalar göstərir):

“Peyvəndi artıq virusu keçirmiş birinə sərf etmək heç bir praktik nəticə verməyən, enerji, pul və vaxt itkisidir, səhiyyə sisteminə yükdür.  Üstəlik, Azərbaycanda peyvənd olunanların və virusa yoluxanların (antikor olanların) sayı çoxdur. 


COVID pasportunun yoxlanması ticarət mərkəzlərində və restoranlarda insanları infeksiyadan qorumağın yoludurmu?!

(‘Vaksin olunanlar xəstəliyi daha asan keçirir’ arqumenti var, amma COVİD pasportu olanlar belə digərlərini yoluxdura bilər, ona görə bu məhdudiyyətin “kollektiv fayda” məntiqi mövcud deyil, çünki peyvəndlənmiş insan özü xəstəliyi asan keçirsə belə digərlərini yoluxdurur).

Peyvənd olunmuş insanlar da xəstələnirlər, bu o deməkdir ki, restorana gələn hər kəsin əlində Covid pasportunun olması sizin yoluxmamağınız demək deyil. Amma iqtisadiyyat və biznes sahələri bundan əziyyət çəkir.

Zənnimcə indi daha önəmli sual budur: COVID -19 virusuna yoluxmaların davam etdiyi bir zaman səhiyyə sistemimiz təzyiq altında işləməyə öyrəşdimi?  

Bu suallar, ölkədə neçə adamın COVID pasportu sahibi olması sualından daha əhəmiyyətlidir. COVID pasportunun tətbiqinin məqsədəuyğunluğu isə məndə hələ də sual doğurur...”

Deputat xatırladıb ki, Böyük Britaniya və Danimarka kimi ölkələr hazırda vətəndaşları əsassız məhdudiyyətlərə məruz qoymamaq, COVID virusuna yoluxmalar şəraitində yaşamaq üçün hazırdırlar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO