Mətbuat Şurasında neçə jurnalist COVID-19-a qarşı peyvənd olunub?

Mətbuat Şurasında neçə jurnalist COVID-19-a qarşı peyvənd olunub?

Hazırda oxunan: Mətbuat Şurasında neçə jurnalist COVID-19-a qarşı peyvənd olunub?

36773

İndiyədək “COVID-19” infeksiyası əleyhinə peyvənd olunmuş media təmsilçilərinin say tərkibi və statistikası ilə bağlı vəziyyət açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov APA-ya geniş müsahibəsində bildirilb.

Ə. Amaşov qeyd edib ki, bugünkü aksiya 2021-ci il aprelin 4-dən başlayaraq indiyədək ümumilikdə 10 gün ərzində davam etmiş sayca 6-cı aksiyadır:

“İndiyədək peyvənd olunmuş jurnalistlərin sayı 800-ə yaxındır. Vaksinasiyadan keçənlərin təqribən 55 faizi yaşı 40-dək olan jurnalistlərdir. Yaşı 65-dən yuxarı olan media mənsublarının faiz göstəricisi təqribən 15 faizdir.


40-65 yaş arası jurnalistlər 30 faiz təşkil edir. Bu göstərici həm də o deməkdir ki, gənclər jurnalistikada üstünlük təşkil edirlər.

Yaşı 65-dən yuxarıların sayının azlığı isə onun göstəricisi ola bilər ki, bu kateqoriyadan olan jurnalistlər Şurada vaksinasiya başlamazdan öncə sağlamlıqlarının qayğısına qalıblar.

Həm də məlumdur ki, ümumən bu yaş kateqoriyası üzrə peyvəndləmə daha tez başladı. Müvafiq olaraq tez bitməsi də məntiqi sayılmalıdır”.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO