SON DƏQİQƏ: Aslan İsmayılovu təhqir edən şəxs saxlanıldı

SON DƏQİQƏ: Aslan İsmayılovu təhqir edən şəxs saxlanıldı

Hazırda oxunan: SON DƏQİQƏ: Aslan İsmayılovu təhqir edən şəxs saxlanıldı

36755

Sosial şəbəkələrdə ictimai şəxsləri təhqir edən Fuad Muradov şübhəli şəxs kimi saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə hüquqşünas Aslan İsmayılov özünün “Facebook” hesabında status paylaşıb.

Belə ki, hüquqşünas 3 gün əvvəl sözügedən şəxsin qanunsuzluqları ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət etdiyini qeyd edib:

“Uzun müddətdir ki, sosial şəbəkələrdə ictimai aktiv şəxsləri küçə söyüşləri ilə təhqir edib əxlaqsızlıqda bütün əndazələri aşan saxta "fədai" Fuad Muradov haqqında qanuni tədbirlərin görülməsi üçün 10 sentyabrda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət edib, ərizəni də olduğu kimi burada paylaşmışdım”.

Aslan İsmayılov F.Muradovun bu gün polis əməkdaşları tərəfindən saxlanıldığını bildirib:

“Bu gün ərizə ilə bağlı DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edildim və sübutlarımı təqdim etdim. Ərizə üzrə araşdırma davam edir. F.Muradov şübhəli şəxs kimi saxlanılıb və hal-hazırda adıçəkilən idarədədir”.

Bundan əlavə hüquqşuna Fuad Muradovun qanunsuzluqları ilə bağlı sübutlara malik olan şəxslərin həmin idarəyə müraciət etməsini xahiş edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO