Bakı sakini 35.655 manatlıq “Cek Pot” uddu  

Bakı sakini 35.655 manatlıq “Cek Pot” uddu  

Hazırda oxunan: Bakı sakini 35.655 manatlıq “Cek Pot” uddu  

36703

“Azərlotereya” ASC-nin təşkil etdiyi “5/36” tirajlı lotereyasında Bakı şəhər sakini Paşa Sadıqov 35.655 manatlıq “Cek Pot” qazandı. 

Bizim.Media-nın məlumatına görə, 3 sentyabr 2021-ci tarixində “Azərlotereya” ASC tərəfindən təşkil olunan “5/36” lotereyasının növbəti tirajı keçirlib. “5/36” tirajlı lotereyasının 3317-ci tirajı iştirakçılardan biri üçün çox şanslı olub.

Toplanan “Cek Pot” məhz bu dəfə öz sahibini tapıb.
 

35.655 manat təşkil edən “Cek Pot” pul mükafatı 053873 nömrəli biletin sahibi Sadıqov Paşa Sadıq oğlu tərəfindən qazanılıb. Bizimlə sevincini bölüşən Paşa Sadıqov uzun illərdir lotereya oynadığını, ancaq ilk böyük uduşunun bu dəfə olduğunu deyir.


“Hər dəfə iki və ya üç manatlıq lotereya alıram. Əvvəllər kiçik uduşlara sahib olmuşam. Bu dəfə isə bəxtim daha çox gətirdi, 35.655 manat qazandım. Pulu evimizin təmirinə və digər ehtiyaclara xərcləyəcəyəm. Qalan məbləği isə gələcək üçün saxlamaq fikrim var.” - Sadıqov deyib.  

Xatırladaq ki, "5/36" tirajlı lotereyasında “Cek Pot” axırıncı dəfə 06 avqust 2021-ci ildə keçirilən 3297-ci tirajda udulmuşdu.

O zaman udulan pul mükafatı 36.512 manat təşkil etmişdi. “5/36” tirajlı lotereyasının biletlərini lotereya satış məntəqələrindən və www.azerlotereya.com internet səhifəsindən əldə etmək olar.

“Azərlotereya” ASC tərəfindən təşkil olunan lotereyalar həftəiçi hər gün “Space” televiziyası ilə 21.00-da yayımlanır. 18 yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO