DİN-dən vətəndaşlara MÜRACİƏT – “Heç bir halda bunu etməyin!

DİN-dən vətəndaşlara MÜRACİƏT – “Heç bir halda bunu etməyin!"

Hazırda oxunan: DİN-dən vətəndaşlara MÜRACİƏT – “Heç bir halda bunu etməyin!"

36702

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib. 

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Bəzi şəxslər alqı-satqı saytlarında hər hansı bir mənzili dəyərindən çox aşağı qiymətə elana qoyurlar. Zəng vurduqda isə evin başqasına verilməməsi üçün bank hesabına beh və ya kirayə pulunun göndərilməsini bildirirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Gədəbəy sakini polislər tərəfindən döyülüb? – DİN AYDINLIQ GƏTİRDİ 


Təhsil ilinin başlaması ilə əlaqədar məlumatsız vətəndaşlarımız daha çox bu dələduzların qurbanına çevrilirlər. 

Vətəndaşlarımızın nəzərinə bir daha çatdırırıq ki, belə şəxslərə inanıb əvvəlcədən, mənzilə baxış keçirmədən heç bir halda ödəniş etməsinlər. Bu halla üzləşən şəxslər isə DİN-in 102 Zəng-Mərkəzinə, ərazi polis orqanına və ya sosial şəbəkələrdəki səhifələrimizə müraciət edə bilərlər".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO