“AST Telman”a yenidən hücumlar başladı – Məşhur biznesmen indi HARADADIR? 

“AST Telman”a yenidən hücumlar başladı – Məşhur biznesmen indi HARADADIR? 

Hazırda oxunan: “AST Telman”a yenidən hücumlar başladı – Məşhur biznesmen indi HARADADIR? 

36685

Hazırda Telman İsmayılovun bütün dünyadakı səhmləri əlindən alınır. Lakin onun oğlu Sərxanın adına olan Fransanın Lazur sahilindəki 3 mərtəbəli villa müsadirə olunmayıb. 

Bizim.Media xəbər verir ki, “Çerkizov” bazarının eks sahibi kreditorlara borca görə həmin iqəmatgahı satıb. İsmayılovın onlarla digər obyekti axtarışdadır, bəzilərinə həbs qoyulub, hətta hərraca çıxarılanlar da var.
 

MÖVZU İLƏ BAĞLI:

İnterpol AST Telmanı QIRMIZI XƏTLƏ axtarışa verdi - Bəs o hardadır? - FOTOFAKT


“AST Telman”ın bu hala düşməsinə səbəblər...

Telman İsmayılov deyəndə ilk ağıla gələn “Çerkizov” bazarının onun əlindən alınması və oliqarxın Antalyada “Mardan Palace”ı açmasıdır. Dumanın deputatlarının fikrincə, onun axırı belə də olmalıydı. Çünki Telman gərək qazandığı pulları elə Rusiya iqtisadiyyatına yatıraydı. Hər halda Jirinovski bu fikirdədir.

Dumanın digər üzvü Viktor Qonçarov isə Telmanın yaxşı komandasının olmadığı qənaətindədir:

“Asan qazandığı pulları elə həmin asanlıqla da itirdi. Onun yaxşı komandası olmayıb və biznesini inkişaf etdirə bilməyib. Bu səbəbdən də Telman İsmayılovun imperiyası dağılmağa başlayıb”.
 

Azərbaycanın Göyçay rayonunda doğulan milyonçunun müflisləşməsində və sıxışdırılmasında əsas səbəblər arasında bunlar da var:


1. Telman İsmayılovun dostu eks Moskva meri Yuri Lujkovun nüfuz dairəsinin azalması

2. Həmin illərdə Türkiyə-Rusiya münasibətlərinin soyuq olması və buna baxmayaraq Telman İsmayılovun Türkiyəyə sərmayə yatırması. “Mardan Palace” Antalyada yox, Soçidə inşa olunmalıydı

3. “Çerkizov” bazarında qaçaqmalların dövriyyəsi ittihamı

4. Kriminal aləmdəki Ded Hasan və Yaponçik klanları arasında düzgün seçim edə bilməməsi

5. Rusiyada iki biznesmenin qətlində şübhəli bilinməsi

Son məlumata görə, Telman İsmayılov Çernoqoriyada Skadar gölü sahillərində yaşayır.

Jurnalistlərə açıqlamasında biznesmen bildirib ki, “hazırda pensiyadayam, tennislə məşğul olur, övladlarım və nəvələrimlə oynayıram”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO