İki ay əvvəl toy edən Vətən müharibəsi veteranı qəzada öldü - FOTOLAR

İki ay əvvəl toy edən Vətən müharibəsi veteranı qəzada öldü - FOTOLAR

Hazırda oxunan: İki ay əvvəl toy edən Vətən müharibəsi veteranı qəzada öldü - FOTOLAR

36672

Sabirabad rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.  

Bizim.Media xəbər verir ki, Vətən müharibəsi iştirakçısı, Xaçmaz rayon sakini Elşən Xanağa oğlu Ağayev avqustun 12-də Sabirabad rayonunun Yastıqoba kəndi ərazisində baş verən qəzada həlak olub.  

Elşən Ağayevin sərnişini olduğu, həmkəndlisi, 42 yaşlı Rövşən Fərhadovun idarə etdiyi "Vaz-2106" markalı avtomaşınla "Tofaş" markalı avtomobil toqquşub. Nəticədə Elşən Ağayev hadisə yerindəcə dünyasını dəyişib.

İlkin məlumata görə, 31 yaşlı Elşən Ağayev Fizulidən cəbhə yoldaşları ilə görüşdən qayıdırmış.

Elşən Ağayev Vətən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Cəsur döyüşçü", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.  

İki ay əvvəl toy edən Elşən Ağayev bu gün Xaçmaz rayonunun Niyazabad kənd qəbristanlığında dəfn ediləcək.

Aytəkin Alxaslı, Bizim.Media






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO