Türkiyənin tanınmış yazarı Coşkun Karabulutun rəhbərliyi ilə qardaş ölkənin müxtəlif şəhərlərindən bir qrup yazıçı Azərbaycanın 44 günlük Vətən müharibəsində qazanmış olduğu qələbə sevincini paylaşmaq və ölkəmizdəki qələm dostlarını təbrik etmək üçün "Könül yolçuluğu" platforması altında ölkəmizə səfərə gəlirlər.
Bizim.Media xəbər verir ki, qonaqlar dahi şair Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər.
Məqbərədə yazarlara şairin həyat və yaradıcılığı haqqında məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Latın Amerikasının bir qrup jurnalisti Gəncədədir - FOTO
Daha sonra qonalar Gəncədə Ermənistan silahlı qüvvələrinin raket zərbələri nəticəsində dağılan əraziləri ziyarət ediblər.
Bizim.Media