Azərbaycanda sabahın hava PROQNOZU

Azərbaycanda sabahın hava PROQNOZU

Hazırda oxunan: Azərbaycanda sabahın hava PROQNOZU

36577

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-22° isti, gündüz 27-30° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 27-29° isti olacaq.

Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 %, gündüz 40-45 % olacaq.

Abşeron çimərliklərində mülayim şimal-qərb küləyi əsəcək.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti,

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 23-24° isti olacaq.

Sentyabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək.

Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 11-16° isti, gündüz 16-20° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO