Sentyabrın 11-i Vətən Müharibəsi şəhidi, Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu ,kapitan Elməddin Bahəddin oğlu Meydanovun doğum günüdür.
Bu gün Elməddinin ad gününü ailə üzvləri, doğmaları və hərbçi yoldaşları, onsuz qeyd edirlər.
Doğulduğu Naxçıvanın Şərur rayonundakı Şəhidlər Xiyabanında dəfn edilən Elməddin Meydanov müharibə başlayanədək Göytəpə sərhəd dəstəsində xidmət edib.
Kapitan Meydanov səbrimizin daşdığı bir məqamda - düşmən tapdağı altında qalan torpaqlarımızı azad etmək üçün başlanılan Vətən Müharibəsində könüllü olaraq ön xəttə gedib.
2020-ci il oktyabrın 27-də Zəngilan uğrunda gedən döyüşlərdə boğazından qəlpə yarası alan Elməddin Meydanov qəhrəmancasına şəhid olub.
Ölümündən sonra şəhid kapitan Meydanov Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda ", "Döyüşdə fərqlənməyə görə" və "Zəngilanın azad olunmasına görə" medallarına layiq görülüb.
H.Əliyev adına Hərbi Akademiyanı bitirən Elməddin Meydanov 9 il Sərhəd Qoşunlarında qulluq edib. Kapitan Meydanov Dövlət Sərhəd Xidmətinin Vətən Müharibəsində verdiyi 47 şəhiddən biridir.
Aytəkin Alxaslı, Bizim.Media