Azərbaycanda 16 yaşlı qızı oğurlayan 3 nəfər TUTULDU 

Azərbaycanda 16 yaşlı qızı oğurlayan 3 nəfər TUTULDU 

Hazırda oxunan: Azərbaycanda 16 yaşlı qızı oğurlayan 3 nəfər TUTULDU 

36480

İmişli rayonunda 16 yaşlı qızı oğurlayan 3 nəfər saxlanılıb. 

Bizim.Media xəbər verir ki, hadisə sentyabrın 10-u saat 19 radələrində rayonun Cavadxanlı kəndində baş verib. 

Xəlfəli kənd sakinləri - 2001-ci il təvəllüdlü Sahil Qurbanov, 1989-cu il təvəllüdlü Zaməddin Ağayev, 1991-ci il təvəllüdlü Baba Ağayev və Fərid adlı şəxs Cavadxanlı kənd sakini, 2005-ci il təvəllüdlü K.M-in yaşadığı evə girərək onu evlənmək məqsədilə zorla oğurlayıblar. 

Hadisəni törədən S.Qurbanov, B.Ağayev və Z.Ağayev saxlanılıb. 16 yaşlı K.M isə ailəsinə təhvil verilib. 

Faktla bağlı Cinayət Məcəlləsinin 144.3-cü (yetkinlik yaşına çatmayan şəxsi oğurlamaq) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO