Sayt rəhbəri Ramiz Göyüşovdan iki min manat rüşvət alarkən YAXALANDI

Sayt rəhbəri Ramiz Göyüşovdan iki min manat rüşvət alarkən YAXALANDI

Hazırda oxunan: Sayt rəhbəri Ramiz Göyüşovdan iki min manat rüşvət alarkən YAXALANDI

36358

"Azadinfo.az" saytının rəhbəri Mahir Xəttab rüşvət alarkən yaxalanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, “azadinfo.az” MMC-nin təsisçisi Ələkbərov Mahir Məmmədhəsən oğlu 8 sentyabr 2021-ci il tarixdə YAP-ın Binəqədi rayon təşkilatının sədri vəzifəsini icra edən Ramiz Göyüşovun barəsində qeyri-etik videogörüntülərin xəbər saytlarında yayacağını sonuncuya bildirərək görüşməyi təklif edib.

Ramiz Göyüşov görüşə gəlmədikdə onu qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarx formasında “azadinfo.az” xəbər portalında 8 sentyabr 2021-ci il tarixdə qəsdən yayıb, həmin məlumatların yayılmasının qarşısının alınması üçün R.Göyüşovun özü ilə görüşməsinə nail olaraq, videogörüntülərin qeyd edilən səhifədən silinməsi məqsədilə 2 min manat məbləğində pulu alarkən cinayət başında yaxalanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ramiz Göyüşovun şikayəti əsasında iki jurnalist saxlanıldı – ÖZƏL - FOTO


Qeyd edilənlərlə bağlı 09 sentyabr 2021-ci ildə Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və Mahir Ələkbərov şübhəli şəxs qismində tutulub.

10.09.2021-ci il tarixdə həmin Məcəllənin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO