Bakı sakinlərinin NƏZƏRİNƏ - Sabah səhər saatlarında...

Bakı sakinlərinin NƏZƏRİNƏ - Sabah səhər saatlarında...

Hazırda oxunan: Bakı sakinlərinin NƏZƏRİNƏ - Sabah səhər saatlarında...

36321

Ölkədə koronavirus pandemiyasına yoluxanların sayı yenə yüksək həddə olduğundan vətəndaşlarımızın bu xəstəlikdən qorunması və onun geniş yayılmasının qarşısının alınması məqsədi ilə paytaxt Bakı şəhərində kompleks tədbirlər davam etdirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə bu tədbirlər çərçivəsində sabah, sentyabr ayının 11-i səhər saatlarından etibarən şəhərin mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda növbəti geniş dezinfeksiya aparılır - FOTO


"Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixdə küçəyə çıxmamaq xahiş olunur", - BŞİH-dən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO