Koronavirusa yoluxmuş sənətçinin müalicəsini Mehriban Əliyeva öz üzərinə götürüb - FOTOFAKT 

Koronavirusa yoluxmuş sənətçinin müalicəsini Mehriban Əliyeva öz üzərinə götürüb - FOTOFAKT 

Hazırda oxunan: Koronavirusa yoluxmuş sənətçinin müalicəsini Mehriban Əliyeva öz üzərinə götürüb - FOTOFAKT 

36281

“COVİD-19" virusuna yoluxmuş görkəmli sənətkar Yaqub Zurufçunun müalicəsinin gedişi Heydər Əliyev Fondunun, şəxsən hörmətli Mehriban xanım Əliyevanın şəxsi nəzarətindədir”.

Bizim.Media xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva özünün feysbuk səhifəsində yazıb.

O bildirib ki, Prezident köməkçisi Anar Ələkbərov da Yaqub müəllimin ailəsi ilə danışıb və müalicənin Mehriban Əliyevanın nəzarətində olduğunu bildirib:
 

“Yaqub Zurufçu hazırda reanimasiyadadır və həkimlər onun yaşaması, sağalması üçün bütün imkanları səfərbər ediblər. Sənətkarın həyat yoldaşı ilə bir qədər öncə telefonla danışdıq, inşallah, həkimlərimiz mümkün olan hər şeyi edirlər ki, o, tezliklə öz sağlamlığına qovuşsun”.


Qeyd edək ki, Y.Zurufçu “Yeni Klinika”ya yerləşdirilib.


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO