Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi və nazir müavinləri, xüsusi tapşırıqlar üzrə səfirlər, XİN-in aidiyyəti struktur bölmələrinin və diplomatik nümayəndəliklərimizin rəhbərlərinin iştirakı ilə videokonfrans formatında müşavirə keçirilib.
Bizim.Media Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, müşavirənin əsas məqsədi cari ilin sonunadək keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlərdə ölkəmizin səmərəli iştirakının təmin olunması ilə bağlı müzakirələrin aparılmasından ibarət olub.
Ceyhun Bayramov sentyabr ayından etibarən bir sıra beynəlxalq təşkilatlarda tədbirlərin keçiriləcəyini və bu xüsusda payız aylarının XİN-in təqvimində önəmli yer tutduğunu qeyd edib. Müşavirə zamanı ölkəmizin beynəlxalq təşkilatlar yanında diplomatik nümayəndəliklərinin rəhbərləri çıxış edib və qarşıdan gələn tədbirlər, həyata keçirilən hazırlıq işləri, bu xüsusda irəli sürdükləri təklifləri səsləndiriblər.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
20:18 / 09.09.2021
Ceyhun Bayramov diplomatlarla müşavirə keçirdi – MÜZAKİRƏ OLUNAN MƏSƏLƏLƏR
Hazırda oxunan: Ceyhun Bayramov diplomatlarla müşavirə keçirdi – MÜZAKİRƏ OLUNAN MƏSƏLƏLƏR
Hazırda oxunan: Ceyhun Bayramov diplomatlarla müşavirə keçirdi – MÜZAKİRƏ OLUNAN MƏSƏLƏLƏR
36271
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.