Təhsil naziri ƏMR imzaladı - Dərs saatı həftədə...

Təhsil naziri ƏMR imzaladı - Dərs saatı həftədə...

Hazırda oxunan: Təhsil naziri ƏMR imzaladı - Dərs saatı həftədə...

36243

Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiq edilib.

Bizim.Media xəbər verir ki, bununla bağlı təhsil naziri Emin Əmruallayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, tədris planı üzrə ibtidai təhsil səviyyəsində dərslər həftədə 3, ümumi orta təhsil səviyyəsində 3-4 gün təşkil edilir.

Dərs məşğələlərinin müddəti 45 dəqiqədir. Dərs saatı həftədə 0,5 saat olan fənlər dərs cədvəlində qeyd edilməklə həftəaşırı tədris olunur. İbtidai və ümumi orta təhsil səviyyələri üzrə tədris ili iki yarımilə bölünür:
 

MÖVZU İLƏ BAĞLI:

Məktəbdaxili qiymətləndirmə əvvəlki QAYDADA olacaq - NAZİR  


birinci yarımil: 15 sentyabr – 26 yanvar;

ikinci yarımil: 1 fevral – 14 iyun.

Tədris ili ərzində aşağıdakı tətillər müəyyən olunur:

payız tətili: 16-20 noyabr (5 gün);
qış tətili: 27-31 yanvar (5 gün);
ibtidai siniflər üçün əlavə tətil: 1-5 may (5 gün).

Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova həvalə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO