Ömər aşırımında “Niva” aşdı, şirkətin 5 işçisi xəsarət aldı

Ömər aşırımında “Niva” aşdı, şirkətin 5 işçisi xəsarət aldı

Hazırda oxunan: Ömər aşırımında “Niva” aşdı, şirkətin 5 işçisi xəsarət aldı

36151

Göygöl rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Bizim.Media xəbər verir ki, hadisə Göygöl-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsində qeydə alınıb.
 

MÖVZU İLƏ BAĞLI:

Kəlbəcərdə qəza baş verdi - YARALILAR VAR 


Hərəkətdə olan "Niva" markalı minik maşını idarəetmədən çıxıb və dərəyə aşıb.

Qəza zamanı şirkət işçiləri olduğu bildirilən 5 nəfər - 1975-ci il təvəllüdlü Qasımov Vüqar Şahid oğlu, 1983-cü il təvəllüdlü Məmmədov İlkin Rizvan oğlu, 1990-cı il təvəllüdlü Məmmədov Cəsur Surxay oğlu, 1985-ci il təvəllüdlü Səmədov Faiq Rasif oğlu və 1987-ci il təvəllüdlü Nağıyev Ruslan Vidadi oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO