Böyük məbləğ mənimsəyən vəzifəli şəxslərə CİNAYƏT İŞİ AÇILDI

Böyük məbləğ mənimsəyən vəzifəli şəxslərə CİNAYƏT İŞİ AÇILDI

Hazırda oxunan: Böyük məbləğ mənimsəyən vəzifəli şəxslərə CİNAYƏT İŞİ AÇILDI

36068

Yevlax şəhər İrəvanlı qəsəbə tam orta məktəbində yol verilən qanunsuzluqlarla bağlı Maliyyə Nazirliyindən daxil olan materiallar əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məluymat verilib.

Aparılan araşdırma ilə qeyd edilən məktəbin vəzifəli şəxsi (şəxsləri) tərəfindən 2016-2021-ci illər ərzində bir neçə şəxsin əmək fəaliyyətini həyata keçirmədiyi halda adlarına olan əmək haqqı kartlarına köçürülən ümumilikdə 44 min 434 manat məbləğində pul vəsaitini öz qulluq mövqeyindən sui-istifadə etməklə mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda məktəb direktoru barəsində cinayət işi açıldı - SƏBƏB


Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (mənimsəmə-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda cinayətin təfərrüatlarının araşdırılması və təqsirli şəxsin (şəxslərin) məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO