Metroda COVID pasportu TƏLƏB OLUNUR? - Rəsmi CAVAB

Metroda COVID pasportu TƏLƏB OLUNUR? - Rəsmi CAVAB

Hazırda oxunan: Metroda COVID pasportu TƏLƏB OLUNUR? - Rəsmi CAVAB

36056

Bakıda metro stansiyalara daxil olan vətəndaşlardan COVID-19 pasportunun tələb olunması iddia olunur.

Bununla bağlı Bizim.Media-ya bir neçə vətəndaş müraciət edib. Dediklərinə görə Metropolitenin “Gənclik” və “Sahil” stansiyaların girişində vətəndaşlardan COVID pasportu tələb olunub. Nazirlər Kabinetini müvafiq qərarlarında belə bir tələbin olmadığını əsas gətirən narazı sərnişinlər üzləşdikləri çaşqın durumla bağlı etiraz ediblər.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov sözügedən qaydalara nəzarət etmədiklərini deyib:

“Metropoliten sərnişindaşıma fəaliyyəti ilə məşğul olur. Metropoliten işçiləri sərnişinlərdən COVID pasportu tələb etmir. Digər məsələlər isə bizim səlahiyyətmizdə deyil”.
 

MÖVZU İLƏ BAĞLI:

Metro fəaliyyəti bərpa edildikdən sonra nə qədər sərnişin daşıyıb? – RƏSMİ


Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev “Gənclik” və “Memar Əcəmi” stansiyalarında aktiv koronavirus xəstələrinin saxlanıldığını deyib:

“Ötən gün belə bir hadisə yaşanmışdı. Amma ictimai nəqliyyatda COVID-19 pasportu ilə bağlı hansısa məhdudiyyət yoxdur, sərnişinlərdən yalnız tibbi maskadan istifadə etmək tələb olunur”.

DİN rəsmisi koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda gücləndirilmiş nəzarət-profilaktik tədbirlərinin davam etdirildiyini də əlavə edib:
 

“Polis tərəfindən ictimai nəqliyyatda – avtobus və metrostansiyalarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maskalardan) istifadə etməyən şəxslərlə profilaktik söhbətlər aparılır, əsassız bəhanələr gətirən şəxslərə koronavirus infeksiyasının fəsadları və mövcud sanitar-gigiyenik tələblər izah olunur.


Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun profilaktikasına dair metodiki göstərişlərə əməl etməyən şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə inzibati tənbeh tədbiri tətbiq olunur”.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO