Bakının Nizami rayonunun Tofiq Abbasov küçəsində "Orbita" Mənzil-Tiknti Kooperativi piyada səkisini zəbt edərək qanunsuz parklanma yeri təşkil edib.
Bizim.Media xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib.
MÖVZU İLƏ BAĞLI:
“Parkovka”da ÖZBAŞINALIQ – Sürücüləri qanunsuz cərimə edən kimlərdir?
Onun sözlərinə görə, nəticədə piyadaların rahat hərəkəti üçün ciddi maneələr yaranıb, təhlükəsizlik səviyyəsi aşağı düşüb.
Məsələ nəzarətə götürülüb və müvafiq hüquqi tədbirlər görülür.
Bizim.Media