Zaqatala rayonunda fəaliyyət göstərən “Dəniz Tədris Kursları” MMC 20 min manat cərimə edilib.
Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, “Dəniz Tədris Kursları” MMC tərəfindən əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi aşkarlanıb.
MÖVZU İLƏ BAĞLI:
Bu şirkət 11 faizdən çox dəyər İTİRDİ - SƏBƏB
Faktına dair aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb.
Toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib.
Bizim.Media