Yol polisi yeni reydə başladı - ÖZƏL AÇIQLAMA

Yol polisi yeni reydə başladı - ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: Yol polisi yeni reydə başladı - ÖZƏL AÇIQLAMA

35956

“Son 3 ay ərzində 60-dan çox motosklet yol hərəkətindən kənarlaşdırılıb, mühafizə olunan dayanacağa aparılıb. Eyni zamanda baş verən yol qəzalarında 6 motosklet sürücüsünün günahkar olduğu məlum olub. Onların qırmızı işığı keçməsi ilə bağlı 21 fakt protokollaşdırılıb”.

Bunu Bizim.Media-ya açıqlamasında Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib. 

Vaqif Əsədov görülən tədbirlərlə yanaşı nöqsanların da olduğunu etiraf edib: 
 

MÖVZU İLƏ BAĞLI:

Narkotik maddə qəbul edən sürücülər saxlanılıb - REYD - FOTO


“Motoparkinqin olmaması, mopedlərin nömrələnməməsi bəzən inzibati tədbirlərin görülməsinə çətinlik törədir. Bu da onların cəzasız qalmasına və növbəti dəfə xəta törətməyə meyilli olmasına şərait yaradır”. 

Qeyd edək ki, qanunvericilikdə mühərikinin işçi həcmi 50 kub sanitimetr olan mexaniki nəqliyyat vasitələrinə dövlət nömrə nişanının verilməsi nəzərdə tutulmur və onların idarəolunması üçün sürücülük vəsiqəsi tələbi qoyulmur. 

Ərzaq məhsullarının onlayn çatdırılma xidmətlərinin genişlənməsi isə moped və motosklet qəzalarının sayının artmasına şərait yaradır. 

Xatirə Nəsirli, Bizim.Media 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO