Vergilər naziri İsmayıllıda vətəndaşları qəbul edib

Vergilər naziri İsmayıllıda vətəndaşları qəbul edib

Hazırda oxunan: Vergilər naziri İsmayıllıda vətəndaşları qəbul edib

35741
Vergilər naziri Fazil Məmmədov İsmayıllıda vətəndaşları qəbul edib. Moderator.az-ın Vergilər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir İsmayıllı, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib. 50-dən çox vətəndaş vergi ödəyicilərinə göstərilən xidmətlər, vergilərin hesablanması, ödənilməsi, nəzarət kassa aparatlarının tətbiqi, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, kiçik sahibkarlığa güzəştli kreditlərin verilməsi, vergi orqanlarına işə qəbul və onları narahat edən digər məsələlərlə bağlı vergilər nazirinə müraciət ediblər.

Qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub. Vətəndaşlar tərəfindən verilən müxtəlif təkliflər qeydə alınıb, digər məsələlərin isə araşdırılması və lazımi tədbirlər görülməsi barədə müvafiq tapşırıqlar verilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO