MİLLƏT VƏKİLİ: “Kəlbəcəri “məktəb müəllimlərinin” səriştəsizliyi ermənilərə təslim etmişdi”

MİLLƏT VƏKİLİ: “Kəlbəcəri “məktəb müəllimlərinin” səriştəsizliyi ermənilərə təslim etmişdi”

Hazırda oxunan: MİLLƏT VƏKİLİ: “Kəlbəcəri “məktəb müəllimlərinin” səriştəsizliyi ermənilərə təslim etmişdi”

3551

Kəlbəcərin işğaldan azad olunması ilə bağlı cəmiyyətdəki ruh yüksəkliyi ilə bərabər, ən böyük rayonlarımızdan birinin 27 il öncəki işğalı və bu müddətcə erməni tapdağında qalması haqda fikirlər də bir mənalı deyil.

Milli Məclisin deputatı Ramil Həsən Bizim.Media-ya verdiyi açıqlamasında məktəb müəllimlərinin yüksək postlara gətirilib, idarəçiliyə cəlb olunmasının o zamanki, hakimiyyətin ən böyük səhvi adlandırıb.

“Cənab Ali Baş Komandanın adı 28 illik işğala son qoyan bir lider kimi Azərbaycan xalqının yaddaşına əbədi olaraq qızıl hərflərlə yazılıb''.

''Şübhəsiz ki, cənab prezidentin səsləndirdiyi bu fikirlər həqiqəti özündə əks etdirir. Çünki yaxın tarixi vərəqlədiyimizdə, o zaman Azərbaycanın hakimiyyətində olan başıpozuq insanların ucbatından torpaqlarımızın düşmən tapdağı altında qalmasının şahidi oluruq. Xalq cəhhəsi hakimiyyətinin ən böyük səhvi isə heç bir siyasi təcrübəsi olmayan riyaziyyat, fizika, idman müəllimlərinin yüksək postlara təyin edib, dövlət idarəçiliyini onlara həvalə etməsi idi. Bunun səbəbindən Azərbaycan torpaqları işğal olundu''. 

''Şükürlər olsun ki, hazırda Azərbaycan xalqının başında çox təcrübəli, güclü lider durub. Buna görə də Azərbaycan döyüş meydanında son 300 ildə əldə edə bilmədiyi nailiyyəti əldə etdi və itirilmiş torpaqlarını azad etdi”.

Ramil Həsən həmçinin torpaqların işğaldan azad olunma prosesinin gecikməsində, günahı ölkənin daxilində ixtişaşlar yaratmağa çalışan bəzi qüvvələrdə gördüyünü deyib.

“Şübhəsiz ki, bu cür daxili ixtişaşlar ölkədə baş verən bəzi iqtisadi, siyasi və hərbi proseslərin ləngiməsinə səbəb olur. Burada həmrəylimizin, qüdrətimizin gözü götürməyən qara qüvvələrin rolu böyük olub. Ancaq Prezident bunun da öhdəsindən məharətlə gəldi. O, dəmir yumruğu ilə xalqı öz ətrafında birləşdirdi və həm daxili düşmənlərimizi, həm də xarici düşmənlərimizin başını əzərək, onlara öz yerlərini göstərdi”, - deyə millət vəkili vurğulayıb.

Vüsalə Balayeva, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO