“Maşa və ayı” cizgi filminin istehsalçı şirkəti “Animakkord”un direktoru Dmitri Loveyko Azərbaycan nağılının personajı haqqında olan “Balaca Cırtdan” epizodunun "YouTube" kanalından silinməsi ilə bağlı açıqlama verib.
MÖVZU İLƏ BAĞLI:
Ermənilərin "Cırtdan qorxusu" - “Maşa və Ayı” cizgi filminin Azərbaycan versiyası niyə silindi?
Bizim.Media xəbər verir ki, news.ru-ya danışan Loveykonun sözlərinə görə, müəlliflər "qaçan sətr"-lərdə səhvə yol verib, düzəliş edildikdən sonra həmin seriya yenidən "YouTube"a qaytarılacaq:
“Biz başlıqları dəyişirik. Heç bir problem yoxdur. 3 Azərbaycan nağılını hazırlamışıq, bitəndə nümayiş olunacaq. Burada hər hansı siyasi məqsəd yoxdur”.
Bizim.Media